Azərbaycan Respublikasının ərazisi

Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir.Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.

2 comments

  1. To write a good blog post, you must have to think it and have something intelligent to articulate.
    Have a subscriber channel that is appropriately tagged and stay busy.
    Duplicate content and boring content for customer. https://918kiss.poker/downloads

  2. On your other hand, you will suffer around 85-100% of forget
    about the if help to make the wrong one. Trading strategy that includes
    taking big risk often means suffering large losses. First test the forex signals on your demo account. https://live22.online/

Write a Reply or Comment