Azərbaycanda turizm

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi,   trekkinq və  alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün  çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır.
Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.

Turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» böyük əhəmiyyət kəsb etmişdir, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması  üçün şərait yaratdı. O dövrdə əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.  Bakının daxili şəhəri olan «İçəri şəhər», Şirvanşahlar Sarayı, Qız qalası və habelə  qayaüstü rəsmlər muzeyi «Qobustan» YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Digər bənzərsiz tarixi və arxeoloji raritetlər də öz növbəsini gözləyir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan etməsi və «Eurovision -2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Məsələn, Turizm İli çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, «Şahdağ» turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər  istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi.

Dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-servis infrastrukturu yaradıldı, turist sənayesi üçün kadrlar hazırlandı, çoxşaxəli tur agentləri şəbəkəsi formalaşdırıldı (200-dən çox turist firmaları), informasiya-reklam strukturları uğurla işələməyə başladı, Azərbaycan üzrə ən mənzərəli və firavan regionlardan keçən çoxlu turist marşrutları yaradıldı və sınaqdan keçirildi.

Azərbaycan tez öyrənir və təcrübə toplayır. Ölkədə hər il beynəlxalq «Turizm və Səyahətlər» sərgisi AITF keçirilir, ölkə isə 20-dək ən nüfuzlu beynəlxalq turizmm forumlarında: Londonda (WTM), Berlində (ITB), Moskvada (MITT), İstambulda (MTE) və digərlərində iştirak edir.

Turist axını ildən-ilə artır, odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hal-hazırda onların sayı artıq 550-ni ötmüşdür.
Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini  göstərmək olar.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.

Mənbə: http://mct.gov.az/az/azerbaycanda-turizm-haqqinda

 

Write a Reply or Comment